Psixoloqlar, insanların nə üçün keyfiyyətsiz məhsul almalarının səbəbini izah edib

Date:

Paylaş:

Yalnız 8 % alıcı keyfiyyətli məhsul alır. Alimlər, “Nature”-da dərc olunan bir araşdırmada bunu təsdiqləyiblər.

Aparılan araşdırmaya görə, insanlar qeyri-rasional qərarlar verirlər: onlar məhsulu ən yaxşı biri olduğuna görə deyil, daha çox baxıldığına və ya izləndiyinə görə alırlar.

2010-2017-ci illər ərzində alimlər kameraya yazılan göz hərəkətləri ilə, istehlakçıların, eksperiment üçün seçilən 118 predmet arasından seçim problemini necə həll etdiyini müşahidə ediblər.

Məqalədə verilən məlumatlar onu bildirir ki,böyük ehtimalla daha çox qərar qəbul etmə prosesində baxılan predmet və ya məhsullar seçiləcək.

Bugünkü günümüzdə insanlar daha çox aşağı keyfiyyətdə lakin maraqlı dizaynda olan malları seçirlər, belə ki, bu cür mallar uzun müddət diqqət çəkirlər. Görüntüsü diqqət çəkməyən keyfiyyətli mallar, insanların hətta onun keyfiyyətli olmasını bildikləri halda belə, diqqətini çəkmir.

Araşdırmaya cəlb edilmiş insanların cəmi 8%-i variantlar içindən ən yaxşı alternativi seçib –  onların seçiminə məhsulla tanışlıq üçün ayrılan vaxt təsir etməyib.

Düzdür, araşdırmada hansısa əsaslandırılmış izah verilmir ki, nə üçün məhsulla uzun müddətli tanışlıq nəsə təsirini göstərə bilər.

Alimlər belə bir qənaətə gəliblər ki, məhz məhsulla uzunmüddətli tanışlıq, insanların hətta məhsulla bağlı eyni məlumatları olsa belə niyə müxtəlif variantları seçməsini izah edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...