Əsas səhifə Biznes Biznes məqalələri Proyektor televizoru əvəz edə bilərmi?

Proyektor televizoru əvəz edə bilərmi?

125

Kimisə nəsə ilə təəccübləndirməyin çətin oduğu indiki zamanımızda istənilən halda  həm uşaqların həm də böyüklərin qiymət verdiyi bir iş tapmaq mümkündür. Məsələn, balaca cib proyektorunun özündə nələr daşıdığı aşkarlanıb və məlum olub ki, onu təkcə bir neçə gün oynayıb bir kənara qoymaq yox həm də real həyatda istifadə etmək olar.

Ümumi məlumat

CINEMOOD-dan olan MultiKubik proyektorlar çox bahadırlar və bazar üçün unikal seçim olsalar və əla imkanlar təklif etsələr də bununla razılaşmamaq çətin idi.

Yəqin ki, bundan çıxış edərək şirkət yeni DiaKubiklər buraxır və bununla da onun qiymətini aşağı edir. 

Onun dəstinə işin başlanması üçün ən vacib olan alətlər daxildir: DiaKubikin özü, enerji kabeli, ilk buraxılış göstərişləri.

DiaKubiki qoşduqdan dərhal sonra sizə tətbiq vasitəsilə sürətli quruluş vermək imkanı təklif edilir. Proyeksiyada, bir düyməni basmaqla necə dəqiqliyin əldə edilməsi üçün işarə görünür. Bundan sonra tətbiqə qoşulan QR-kod əmələ gəlir və bunun vasitəsilə quruluşu başa çatdırmaq olur.

Quraşdırma tamamlandıqdan sonra DiaKubikin imkanlarından tam olaraq faydalanmaq olar.

Xüsusilə qeyd etmək lazımdır ki, DiaKubikin yaradıcıları böyük iş görürlər. Heç kim diafilmlər ideyasının reklamına və onların bərpası və səsləndirilməsi ilə məşğul olmağa onlar qədər səy göstərmir. Bu uşaqlarla çox özəl vaxt keçirmə mədəniyyətdir. Onlar təkcə diqqəti inkişaf etdirmirlər həm də məmnunluq hissi yaradırlar. İndiki vaxtımızda uşaqları təəccübləndirmək çətindir, amma diafilmləri onlar doğurdanda görməyiblər.

DiaKubikin imkanları

DiaKubik ev şəbəkəsinə qoşula bilir. Bunun üçün tətbiqdə uyğun şəbəkəni seçmək və parolu yazmaq kifayətdir. Bir neçə saniyədən sonra qoşulma ilə bağlı təsdiq gəlir. Əgər siz abunəsinizsə, iVi də daxil olmaqla müxtəlif xidmətlərlə bağlı çoxlu sayda videolara baxa bilərsiniz.

Alıcı çatdırılma variantından asılı olaraq DiaKubiklə birgə xidmətlərə altı aylıq abunəlik də əldə edə bilər. O, təkcə şəbəkə vasitəsilə məzmuna baxmaq imkanı vermir həm də geniş zəmanət hüququ qazandırır.

Tək abunəlik aya 30 azn-dir. Abunəliyə daxil olan bütün xidmətlərin qiymətini də əlavə etsək ümumi qiymət 50 azn olur. Qeyd etmək lazımdır ki, abunəlik dünyada ilk belə təklifdir – proyektor üçün xidmətlərə tək abunəlik. Əvvəllər heç kim belə etməyib.

Abunəlik özündə növbəti xidmətləri daşıyır:

ivi ( aylıq 15 azn)

Mult (aylıq 5 azn)

Diafilm studiya (aylıq 10 azn)

CINEMOOD classics ( aylıq 8 azn)

Geniş zəmanət (aylıq 20 azn)

Internet vasitəsilə video izləmək imkanından başqa, DiaKubik daxili yaddaşdan və qoşulmuş hərəkətli keçiricilər vasitəsilə video ötürə bilir. Abunəliyi bitirdikdən sonra belə, siz 100 diafilmlik ( aktiv abunəlikdə 300 ) quraşdırılmış kitabxanadan istifadə edə bilərsiniz. Bundan başqa,  “Soyuzmultfilm” studiyasının cizgi filmlərinin 54 seriyalı “Qızıl kolleksiyalar”ı da var. Həmçinin, USB vasitəsilə və ya DiaKubikin daxili yaddaşından yüklənmiş videolarınıza da baxa bilərsiniz. Daxili yaddaşın həcmi 16 Gb-dır.

Abunəliyi olmadan belə, DiaKubik yenə də ən “isti” proyektor olaraq qalmaqdadır. Onun işığında tozlar görünür və ətrafında bütün ailə toplana bilər.

DiaKubik-də adi film və cizgi filmlərinə baxışdan  əlavə “kölgələ teatrı” rejimi də var. Bu rejimdə maksimum işıqlıqda ağ ekran görünür. Üzərinə əllə toxunmaqla hər birimizin uşaqlıqdan bildiyi fiqurları göstərmək olar. Amma yaradıcılar bu rejimdən sadəcə istifadə ilə məhdudlaşmayıblar, bura bəzi tərbiyəvi videolar da əlavə ediblər və onlarda itlər və quşlardan başqa digər heyvanlardan bəhs olunur. Digər oyun və tətbiqlər də var və əsas odur ki, uşaqlar yalnız onlar üçün faydalı və xoş olan nəsə əldə edirlər.

Kubiki düzgün geometrik formasına görə istənilən sahədə yerləşdirmək mümkündür və bu da daha çox uşaqlara sərf edir. Çünki onu məsələn, tavanda yerləşdirib sevimli cizgi filmlərin baxa və beləcə yuxuya da gedə bilərlər. Çox variantlar var təbii ki və hər biri də DiaKubikin miniatür olması sayəsind gerçəkləşə bilir.

İdarəetmə orqanları

Korpusunda cəmi bir neçə ədəd düyməsi var və onlar Kubikin üstündə və yan tərəflərində yerləşirlər.

Yuxarısında “joystick”-in analoqu bir diyircək yerləşir və onu istiqamət götürməyə imkan yaradır, təsdiq düyməsi ilə təchiz olunub. O, menyu üzrə hərəkət və baxmaq istədiyniz kontentin seçimi üçündür.

Solda yalnız bir düymə var və onun köməyi ilə aparat yanıb-sönür. Sağdakı düymələr vasitəsilə isə şəkillərin rəng tonunu nizamlamaq olur.

Qoşulma yolları

Onu enerji şəbəkəsinə qoşmaq üçün yan hissəsində microUSB var. O, DiaKubikin işlək olduğu vaxt enerji yığmasını və batareyasının da oflayn işləmə zamanı enerji toplamasını təmin edir. Yığdığı enerji ilə beş saat izləmə imkanı olur.

Əgər özündə olan dinamikin səsi kifayət etməsə cihaza əlavə kolonkalar və ya qulaqlıqlar taxmaq olur. Bunun üçün  enerji konnektorunun yanında 3.5 mm-lik mini jack var. Bundan başqa, Kubikdə Bluetooth da var və o, təkcə qulaqlıqlara deyil, audiosistemə də qoşulma imkanı yaradır – məsələn, avtomobildə və ya daşıyıcı dinamikə.

Tətbiqetmə

CINEMOOD tətbiqetməsi çox sadədir. Onda artıq heç nə yoxdur, ancaq lazım olanlardır. Tətbiq quraşdırılandan sonra smartfon DiaKubiki idarə etmək üçün mütləq pulta çevrilir. Ona cihazın yuxarı hissəsində yerləşdirilmiş düymələrin analoqu, şəkilləri rəng sərtliyini idarə edən düymələr yerləşdirilib və DiaKubikə qoşulma imkanı nəzərə alınıb.

Tətbiqetmənin əsas tapşırığı DiaKubukin aktiv olmasıdır və o, uzaq məsafədən videonu qoşmağa və rəngi təyin etməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, siqnalın ötürülməsində heç bir gecikmələr olmur.

Başqa xoşagələn özəllikləri

DiaKubikin özündə məsləhətlər sistemi var. O, daxili məzmuna və tətbiqdən olan məzmuna əsaslanır. Belə cihazlar çox səy göstərmədən uşaqlar üçün ideal məzmun hazırlamğa imkan verir. Axtarış üçün müxtəlif tətbiqlərə daxil olmağa ehtiyac qalmır – öz-özünə axtarış gedir.

Həm ivi tövsiyələri, həm cizgi filmlər, həm də digər kontent keçərlidir. Hətta daxili daşıyıcılardan və ya yaddaşda olanlardan izlənilən filmlər və cizgi filmləri rahat görünüşdə quraşdırılıb təklif ediləcəklər.

DiaKubikin əsas müsbət tərəfi ondan ibarət olacaq ki, gözdə hər hansısa zədə yarada biləcək qədər parlaqlığı olmayacaq. Bu da onun ekranla yaxından təmasda olan uşaqlar üçün  təmamilə təhlükəsiz olması deməkdir.

Bundan başqa bir təhlükəsizlik tərəfi ondan ibarətdir ki, əks olunan işığın gözə ziyan edən mavi spektrı yoxdur. Nəticədə biz rənglər qarışımı olmayan tam zərərsiz bir mənzərə əldə edirik.

Başqa bir xoş özəlliyi isə əyilmə bucağının avtomatik müəyyənləşdirilməsi və  ekran trapesiyasının düzəldilməsi olacaqdır. Yəni, istifadəçi cihazın hansı bucaq altında quraşdırıldığını düşünməməlidir. O, sadəcə səthə yönəldilməlidir, qalan iş isə avtomatlaşmış şəkildə həyata keçirilir.

İstehsalçı təminat verir ki, lampası 20000 saat işləyə bilir və bu da o deməkdir ki, onu dəyişməyə ehtiyac qalmır. 20000 saat hətta gündə saatlarla istifadə olunmaya belə bəs edəcək qədər çoxdur.

Nəticə

Demək olmaz ki, DiaKubik tam olaraq televizoru əvəz edə bilər və əgər artıq o varsa başqa heç nəyə ehtiyac yoxdur. O, televizoru əvəz edə bilməsə də bizim vaxtımıza görə nadir sayılan bir videoya baxma üsulundan zövq almaq imkanı verir.

Uşaqlar o, divarda, tavanda və istənilən başqa səthdə yerləşdirilməklə qeyri-adi şəkildə cizgi filmlərinə baxmaqdan heyrətdə olacaqlar. Bununla elə, işıqlanma şərtlərindən asılı olaraq ekranın ölçüsü üç metrə qədər çata  bilər.

Onlar hədiyyə kimi də həm böyüklər həm də uşaqlar üçün yaxşı bir hədiyyədir. Hər kəsə, ən çox da uaqlara belə bir hədiyyə əldə etmək xoş gələr.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here