“Qualcomm” şirkəti “Huawei” ilə əməkdaşlığın bərpa olunduğunu elan edib

Date:

Paylaş:

ABŞ-ın prosessor istehsalçısı olan Qualcomm şirkəti Huawei ilə əməkdaşlığın bərpa olunduğunu elan edib. Qeyd etmək lazımdır ki, Huawei şirkəti hələ də ABŞ-ın ticarət nazirliyinin qara siyahısındadır. Qualcomm şirkətinin general direktoru həmçinin qeyd edib ki, o, bu iki şirkət arasında uzunmüddətli əməkdaşlığın əldə olunması üçün bütün səylərini göstərəcək.

 Bu barədə GSMarena saytı xəbər verib. Hələ bir neçə müddət bundan öncə ABŞ ilə Çin arasındakı ticarət müharibəsi səbəbilə Qualcomm şirkəti Huawei ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalmışdı. Lakin daha sonra Qualcomm-un general direktoru olan Steve Mollenkopf bildirdi ki, Huawei ilə əməkdaşlıq bərpa olunub.

Hal hazırda ABŞdan olan şirkətlər sanksiyaya məruz qalmış Çin şirkətləri ilə əməkdaşlıq üçün xüsusi icazə lisenziyasını əldə etməlidirlər. Analitiklərin verdikləri məlumatlara əsasən 2018-ci ildə ABŞ-ın Qualcomm, Intel və Micron kimi şirkətlərindən komponentlərin alınması üçün Huawei şirkəti 11 milyard dollar vəsait xərcləmişdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...