Proqramlaşdırma, süni zəka və kreativlik: 2019-cu ilin ən nüfuzlu Coursera kursları

Date:

Paylaş:

Süni zəka və məlumatların təhlili kimi texniki nəzarət üzrə kurslar 2019-cu ildə Coursera onlayn təhsil platformasının istifadıçiləri tərəfindən böyük maraqla qarşılanıblar. İnsanlar müxtəlif sahələrdə baş verən qlobal dəyişiklikləri anlamağa və təhsil yolu ilə onlara uyğunlaşmağa çalışırlar.

Son illərdə Coursera-da ən nüfuzlu kurslar maşın və dərin öyrənilmə, sün zəka və məlumatların təhlil edilməsi üzrə olan kurslar olub. Ekspertlər bunun səbəbini insanların avtomatlaşdırılma texnologiyasına görə öz işlərini itirmək qorxusu və texniki bacarıqların mənimsənilməsi cəhdi ilə əlaqələndiriblər.

Dünya üzrə “lider kurslar” reytinqinə “Maşın öyrənilməsi”, “Necə öyrənməyi öyrənin” və “Sağlam həyat tərzi elmi” kursları daxil ediliblər. Coursera-nın məlumatına görə, 2019-cu ildə süni zəka üzrə kurslara bütün dünyada 2 milyondan çox istifadəçi yazılıb.

Kurslara yazılanların məqsədləri həm də daha kreativ olmaqdır. Bunu kursların populyarlıq reytinqi üzrə nəticələri göstərib.

Oktyabrda Coursera bütün dünya ölkələri universitetlərinə öz mühazirələrində onun təlim-təhsil proqramlarından yararlanmağa icazə vermişdi. Platforma dünya universitetlərinin müasir biliklərə yiyələnməsini istəyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...