Maliyyə Bazarlarına Nəzarət Palatası bu gündən rəsmi saytında “Problemli kredit məlumatlarının sorğulanması” xidmətini aktiv edib.
Problemli kredit məlumatlarının sorğulanması xidmətindən istifadə etmək üçün şifrə alınmalıdır. Şifrəni sistemdə “Şifrə əldə et” pəncərəsinə mobil nömrəni daxil etməklə əldə etmək mümkündür. Bundan sonra borcalan şəxsiyyəti təsdiq edən sənədin nömrəsini, doğum tarixini, mobil nömrəsini və şifrəsini daxil edərək portala daxil ola bilər. Borcalan portala daxil olaraq kompensasiya məbləğini öyrənə və digər problemli kredit məlumatlarınə əldə edə bilər.