Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Prezidentin köməkçisi “Bumeranq investisiyalar”dan danışıb

Prezidentin köməkçisi “Bumeranq investisiyalar”dan danışıb

16
Paylaş

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq “bumeranq investisiyalar” formatında inkişaf edə bilər.

Bu sözləri, Bakıda italiyalı jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, “bumeranq investisiyalar” sözügedən iki ölkə arasındakı münasibətlərdə yeni forma olacaq: “Əslində bu, qarşılıqlı, faydalı əməkdaşlıqdır. Yəni, Azərbaycan İtaliyada hər hansı bir layihəyə sərmayə yatırır, sonra bundan əldə olunan gəlirlər ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün istifadə edilir”.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan Ş.Mövsümov, son rəqəmlərə əsasən, bu iki ölkə arasında ticarət dövriyyəsinin 6 milyard dollar olduğunu deyib.