Prezidentdən açıqlama: “Biznes düzgün işləməlidir”

Date:

Paylaş:

Azərbaycan hökuməti “kölgə iqtisadiyyatı” ilə mübarizəni davam etdirəcək, 2020-ci ildə biznes tamamilə kölgədən çıxmalıdır. Bunu prezident İlham Əliyev deyib.

Bizplus.az məlumat verir ki, bu ildə də “Kölgə iqtisadiyyatı” ilə mübarizə davam etdiriləcək. Biznes düzgün işləməlidir, əməkdaşlarla əmək müqavilələri imzalanmalıdır. 2020-ci ildə biznes tamamilə kölgədən çıxmalıdır”, – Əliyev bazar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti biznesin fəaliyyəti üçün şəffaf şərait yaratmaq və dövlət büdcəsinə vergi daxilolmalarının təminatı məqsədilə gömrük-vergi sistemində islahatlar həyata keçirir.

“Bu islahatlar dövlət büdcəsinin gəlirlərinə müsbət təsir edir. Yalnız 2020-ci ilin yanvar ayında dövlət büdcəsinə əlavə daxilolmalar 160 milyon manat təşkil edib: vergi orqanları plandan artıq dövlət büdcəsinə 120 milyon manat, gömrük orqanları – 40 milyon manat daxilolmalar təmin ediblər”, – prezident əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...