Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Prezident vergi naziri Mikayıl Cabbarova rütbə verdi

Prezident vergi naziri Mikayıl Cabbarova rütbə verdi

188

Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin” – deyə, sərəncamda deyilir.

Qeyd edək ki, Cabbarov, 2017-ci ilin dekabrında Prezidentin sərəncamı ilə vergi naziri təyin olunub. O buna qədər təhsil naziri kimi çalışırdı.

Rəy bildir

Please enter your comment!
Please enter your name here