Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Prezident Vergi Məcəlləsəsindəki dəyişikliyi təsdiqlədi

Prezident Vergi Məcəlləsəsindəki dəyişikliyi təsdiqlədi

315
Paylaş

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.14.6-cı maddəsində “aspirantlara (magistrlərə)” sözləri “doktorantlara və magistrlərə” sözləri ilə əvəz edilsin.” -deyə sənəddə deyilir.

Xatırladaq ki, bu maddədə bu günə qədər 102.1.14-ci, yəni, fiziki şəxslərə kompensasiya xarakterli hissədə ” istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;” kimi qeydə alınmışdı.