“Neftçalanın ən zəngin adamlardan biri Rayon Mərkəzi Xəstəxanasının baş həkimidir”.
Bunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni icra başçılarını vəzifəyə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirib.
“Onun varidatı haqqında hüquq-mühafizə orqanları məlumat əldə ediblər. O biznesmendir? Yox. Ona miras qalıb?! Yox. Bəs nəyin hesabına varlanıb7 əlbəttə, xəstələrin boğazından çıxarılan pullar hesabına”,- İlham Əliyev deyib.
Qeyd edək ki, yeni İcra başçıları İsmayıllı rayonuna təyin olunan Nahid Bağırov və Neftçala rayonuna təyin olunan Mirhəsən Seyidovdur.