Əsas səhifə Xəbərlər Prezident 11 milyon manat ayırdı – SƏRƏNCAM

Prezident 11 milyon manat ayırdı – SƏRƏNCAM

164
Paylaş

Prezident İlham Əliyev “Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Bizplus.az”-ın məlumatına görə, sərəncama əsasən Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 11 milyon 468 min 300 manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamsa göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.