“Bizplus.az” xəbər verir ki,CES 2019 tədbirində “zaryadkaya” ehtiyacı olmayan yeni ağıllı saatın təqdimatı keçirilib. Xüsusi işləyib hazırlanmış aparat sayəsində, bu cihaz, insan istiliyini və işığı elektrik enerjiyə çevirə bilir. Saat GPS – tracker ilə təmin edilməklə yanaşı, sukeçirmə xüsusiyyətinə də malikdir.
Eyni zamanda, bu cihaz vasitəsi ilə siz addımları, kaloriləri və nəbzinizi saya bilərsiniz. Saat Google Fit proqramı ilə də təmin edilməklə yanaşı, həm Apple, həm də Android əsaslı smartfonlara qoşula bilir.
Saatın qiyməti $199 təşkil edir.