Hazırda uçan avtomobil modelləri bir çox şirkətləri cəlb edir.
Bununla əlaqədar Porsche və Boeing vacib tərəfdaşlıq qurdu.
Məlumdur ki, avtomobil sənayesinin uzaq gələcəyində quru əvəzinə hava səyahətləri üstünlük təşkil edəcək. Bu səbəbdən şirkətlər artıq məsələ üzərində işləməyə başlayıblar.
Bu sahədə gələcəyi araşdırmaq üçün razılığa gələn Porsche və Boeing, hazırda satışa uçan avtomobil çıxarmağı planlaşdırmır.
Gələcəyi və mümkün potensialı araşdırmaq istəyən şirkətlərə, Aurora Flight Sciences tərəfindən də dəstək gələcək. Tamamilə elektriklə çalışan, şaquli eniş edə bilən uçan avtomobil konsepsiyasını hazırlayan bu üçlük gələcək üçün həyəcanvericidir.
Analitiklər hesab edirlər ki, Boeing-in aviasiya sahəsində, Porsche-nin isə avtomobil sahəsindəki böyük təcrübəsi “premium uçan nəqliyyat vasitələri” yaratmağa imkan verəcək.