Əsas səhifə Biznes sahələri Avtomobil “Porsche Taycan” elektrik avtomobilinin sahibləri şarja pul xərcləməyəcəklər

“Porsche Taycan” elektrik avtomobilinin sahibləri şarja pul xərcləməyəcəklər

217
Paylaş

“Porsche” şirkətinin ilk elektrik avtomobili “Porsche Taycan”ın sahibləri ABŞ ərazisində yerləşən “Electrify America” şarj məntəqələrindən 3 il pulsuz istifadə edə biləcəklər.

“Bizplus.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar avtomobil istehsalçısı “Electrify America” ilə müvafiq saziş imzalayıb.

Bundan əlavə “Porsche” nin dillerləri ABŞ-da öz tez şarjetmə məntəqələri quraşdıracaqlar, avtomobil sahiblərinə isə ev üçün nəzərdə tutulan şarj avadanlıqları da təklif olunacaq.

Qeyd olunur ki, cəmi 4 dəqiqəlik şarjdan avtomobillər 100 km yol qət edə biləcəklər. Cari ilin 1 iyuluna kimi 2000 şarj avadanlığı olan 484 bu tipli məntəqə yaradılacaq.