Əsas səhifə Biznes sahələri Avtomobil “Porsche” Taycan 4S elektrik avtomobilini təqdim edir

“Porsche” Taycan 4S elektrik avtomobilini təqdim edir

181
Paylaş

Almaniyanın avtomobil istehsalçısı “Porsche” sport elektrik sedanın üçüncü versiyası – Taycan 4S modeli barədə anons verib.

Qeyd edək  ki, bu, “Porsche” elektrik avtomobilləri seriyasından ən ucuz model olacaq. Avtomobil Taycan Turbo və Turbo S-ə qoşularaq şirkətin debüt xəttini tamamlayır.

Bu elektrik avtomobilinin ABŞ-da qiyməti Performance Battery (390 kVt) batareyalı Taycan 4S modelinə görə 103,8 min dollar, Performance Battery Plus (420 kVt) batareyalı Taycan 4S-ə görə isə 110,4 min dollardır. Performance komplektasiyalı Tesla Model S də təxminən eyni qiymətə başa gəlir.

Taycan Turbo 150,9 min dollar, Taycan Turbo S isə 185 min dollardır. Avtomobil 3,8 saniyəyə saatda 96 km.-ə qədər sürət yığa bilir. Teslada bu vaxt 2,4 saniyədir. 4S-in maksimal sürəti saatda 250 km.-dir, Teslada bu saatda 262 km.-dir.

Performance Battery versiyasının gediş ehtiyatı 407 km., Performance Battery Plus versiyasının isə 463 km.-dir. Bu, bütün “Porsche EV” modelləri arasında ən çox uzaqlıq məsafəsidir. Tesla Model S-də bu batareya göstəricisi 555 km.-dir.

Taycan 4S-in 800 voltluq enerji sistemi var və tam ötürücülüdür. Maşının salonu, şirkətin hesab etdiyinə görə, avtomobilin  ekoloji  konsepsiyasını vurğulayan emal olunmuş materiallarla tamamlanıb.

Maşını 14 oktyabrdan sifariş etmək mümkün olacaq. The Verge yazır ki, avtomobillər Avropada 2020-ci ilin yanvarında , ABŞ –da isə həmin ilin yazında  olacaqlar.