Porsche şirkətinin hal-hazırda üzərində çalışdığı ikinci nəsil Porsche Macan elektrik avtomobili olacaq. Bu modelin benzin mühərrikli versiyaları olmayacaq.
Xatırladaq ki, birinci nəsil Porsche Macan 2014-cü ildə buraxılıb. 2019-cu ildə bütün dünya üzrə 100 000 Macan krossoverləri satılıb. Bahalı olmasını nəzərə alsaq bunu çox yaxşı göstərici hesab etmək olar. Bu krossoverin yeni nəsli 2022-ci ildə olacaq.
İkinci nəsil “Macan” Premium Platform Electric (PPE) platformasında hazırlancaq və o bu platformada olan ilk model olacaq.