“Porsche” avtomobil istehsalçısı €535 mln. cərimə ödəməli olacaq

Date:

Paylaş:

Almaniyanın Ştutqart şəhər prokurorluğu, “Volkswagen” konserninə daxil olan “Porsche” avtomobil istehsalçısını, dizel qalmaqalı ilə əlaqədar pozuntulara görə 535 milyon avroya cərimələyib.

Daha əvvəl bildirilmişdi ki, Ştutqart prokurorluğu “Porsche” dakı məsul şəxslərin pozuntuların qarşısını almaq üçün lazımi tədbirləri almadığına dair şübhə ilə əlaqədar cəzanın icraatına başlayıb.

Qeyd edildiyi kimi, cərimə tətbiqinin əsas səbəbi 2009-cu ildən etibarən ətraf mühitə tullantılara nəzarət məsələlərində aşkar edilmiş pozuntular olub.

Bu, dizel avtomobillərində azot oksidinin emissiyasının standartlara cavab verməməsinə gətirib çıxardı. Söhbət V6 və V8 mühərrikləri ilə təchiz olunmuş avtomobillərdən gedir.

“Volkswagen” dizel qalmaqalın mərkəzində olub, belə ki, şirkət öz avtomobillərini emissiyanı azaldan proqram təminatı ilə təchiz etməsində günahlandırılıb.

Daha əvvəl qeyd edildiyi kimi, cari ilin birinci rübündə konsernin xalis mənfəəti 7,5% azalaraq 3,05 milyard avro təşkil etmişdir. Avtomobil satışları 6,7% düşərək 2,58 milyon ədəd təşkil edib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...