Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Populyar müğənnin markanın adını özünə tatu etdirməsi əməkdaşlığın təməlini qoydu

Populyar müğənnin markanın adını özünə tatu etdirməsi əməkdaşlığın təməlini qoydu

104
Paylaş
Ed Şiran
Ed Şiran

Populyar müğənni Ed Şiran çoxdandır ki, “Heinz” brendinin pərəstişkarıdır. Amma marka daha əvvəl bu haldan istifadə edə bilməmişdi.

Ed Şiran bir neçə dəfə sosial şəbəkə və müsahibələrində “Heinz” markasına olan sevgisindən danışmışdı. Xüsusilə onun ketçaplarına..

Müğənni daimi bu məhsullardan istifadə edir və hətta onun üzərində “Heinz” yazılan tatusu da var. İndi isə Ed Şiran və “Heinz” markası reklam müqaviləsi ilə bir-birinə bağlanıblar.

Əməkdaşlıq çərçivəsində bazara yeni ketçap buraxılıb, daha dəqiq ifadə etsək – “Edçup”. “Heinz Edchup” bir neçə gün öncə bazarda satışa çıxarılıb. Qablaşdırmanın üzərində isə siz Edin saç düzümü və eynəyini xatırladan pomidoru görə bilərsiniz.

Deyəsən yaxın gələcəkdə, müğənninin çoxsaylı fanatlarının soyuducuları bu məhsul ilə “ağzına qədər” dolmuş olacaq.

Heinz tatu
Heinz Tatu
 Ed Şiran
Ed Şiran