Əsas səhifə Xəbərlər Xarici xəbərlər Polşa tətbiq vasitəsilə karantinə riayət olunmasına nəzarət edəcək

Polşa tətbiq vasitəsilə karantinə riayət olunmasına nəzarət edəcək

9
Paylaş

Polşa hökuməti yeni tətbiq işə salıb. Onun köməyilə o, karantinə necə riayət olunduğuna nəzarət edəcək. Belə ki, insanlar mütəmadi olaraq geoloji qeydlə selfi çəkib ora göndərməlidirlər. Bu barədə France24 yazır.

“Ev karantini” tətbiqi ölkə xaricindən qayıtdıqdan sonra 14 günlük karantinə alınanlar üçün nəzərdə tutulub. Tətbiq geolokasiya (məkan təyini) və üz tanıma sistemindən istifadə edir. Bunların sayəsində də hökumət dairələri selfi vasitəsilə şəxsin təcrid rejiminə əməl edib-etməməsini öyrənə biləcək.

İstifadəçi 20 dəqiqə ərzində tətbiqin sorğusuna cavab vermədiyi halda, polis onu yoxlamağa gəlir. Polşada karantin rejimini pozmaya görə cərimə 111 avrodur.

Amma tətbiqin yaradılmasında məqsəd təkcə karantini pozanları cəzalandırmaq deyil. Belə ki, o,   karantində olanlar təcili yardıma və ya həyati vacib məhsullara ehtiyac duyduqlarında onlara kömək etmək üçün sosial xidmətlər də təqdim edir.

Qeyd edək ki, oxşar ölçü tədbiri Sinqapurda da var. Burada sakinlərdən Bluetooth vasitəsilə istifadəçinin yoluxmuş biri ilə təmasda olub-olmadığını müəyyən edən tətbiqi yükləmək tələb olunub.