Əsas səhifə Biznes sahələri Texnologiya Pokemon Go 2016-cı ildə 950 milyon dollar qazanıb

Pokemon Go 2016-cı ildə 950 milyon dollar qazanıb

1037
Paylaş

Tanıdıldığı ilk gündən bəri mobil oyun dünyasının gündəminə düşən Pokemon Go yeni hesabata görə 2016-ci ildə 950 milyon dollar gəlir əldə edib. Bu uğurdan sonra təbii ki oyunu istehsal edən Niantic şirkəti də milyonlar qazandı.

6 İyul 2016-cı il tarixində yalnız müəyyən ölkələr üçün istifadəyə təqdim edilən Pokemon Go, Niantic’in açıqlamasına görə ümumilikdə 500 milyondan çox endirilib.

600 milyon dollar gəliri 90 gün içərisində toplayan Pokemon GO, rəqiblərini ciddi şəkildə geridə qoymuşdu. Müqayisə üçün deyək ki Candy Crush Saga oyunu 600 milyon dolları 200 gün içində əldə etmişdi.

Pokemon Go gənclərin küçələrə çıxmasına və gəzməsinə şərait yaratdığı üçün çox bəyənilmişdi. Nianticin rəsmi açıqlamasına görə oyunu istifadə edənlər ümumilikdə 8.7 milyard kilometr yol gediblər.

Pokemon Go

Təxminən 110 gün içərisində 800 milyon dollar qazanan Pokemon Go, 2016-cı il bitmədən 1 milyard dollara olduqca yaxınlaşaraq 950 milyon dollar əldə etmiş oldu.