Poçt göyərçini rekord qiymətə satılıb

Date:

Paylaş:

Belçikada poçt göyərçini rekord qiymətə – 1,2 milyon avroya satılıb.

 “Azərpoçt” MMC-nin saytına verdiyi məlumata görə, “Armando” adlı göyərçini kimliyi açıqlanmayan çinli milyonçu alıb. Poçt göyərçini gündəlik 1100 kilometrdən çox məsafə qət edə bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrə yaxındır. Maksimal sürəti isə saatda 150 kilometrə çatır.

Ticarət sessiyasında ümumilikdə iki milyon avro məbləğində 178 Flandriya göyərçini satılıb.

Qeyd edək ki, göyərçinlər çox qədimdən insanlar tərəfindən əhliləşdirilməyə başlanılıb. İnsanlar onlardan poçtalyon kimi də istifadə ediblər. 11-12-ci əsrlərdə göyərçinlər cins atlar qədər qiymətli olublar. Poçt göyərçinləri uzaq məsafələri qət edə bilirlər. Ən uzaq məsafəyə uçan göyərçinin rekordu 1689 mildir, yəni təxminən 2719 km-dir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...