Əsas səhifə Biznes sahələri Texnologiya “Play Store” onlayn mağazasının təhlükəsizliyi gücləndirilib

“Play Store” onlayn mağazasının təhlükəsizliyi gücləndirilib

18

“Google” şirkəti “Play Store” onlayn mağazasının təhlükəsizlik siyasətində dəyişikliklər edib. Nəticədə zərərverici “Android” proqramlarının tərtibatçıları öz məhsullarını sözügedən mağazada daha dərc edə bilməyəcəklər. Məsələn, “Google” şirkəti “Android API” üçün yeni məhdudiyyətlər tətbiq edib və indi hər bir proqram “Play Store”də dərc edilməzdən öncə məcburi surətdə mürəkkəb yoxlamadan və təhlükəsizlik testlərindən keçməlidir.

Digər təkmilləşdirmələrə proqramların avtomatlaşdırılmış vasitələr tərəfindən deyil, insanlar tərəfindən yoxlanılmasını göstərmək olar. Bundan başqa, tərtibatçılar artıq “Android”in xidmətlərindən sui-istifadə edə bilməyəcəklər, proqramlar üçün bəzi xidmətlərə (məsələn, zəng və SMS jurnallarına) giriş əldə edilməsində məhdudiyyətlər tətbiq edilib.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here