Əsas səhifə Biznes sahələri Texnologiya Planşet bazarının lider şirkəti məlum olub

Planşet bazarının lider şirkəti məlum olub

58
Paylaş

Ötən il satış bazarı üçün 144 milyon planşet istehsal olunub.

Bu haqda IDC analitik şirkətinin məlumatında deyilir.

Şirkətdən bildirilib ki, bu rəqəm 2018-ci ilə nisbətən 1,5% azdır.

Planşet bazarına Apple şirkəti liderlik edib. Apple ötən il bazara 15,9 milyon planşet çıxarıb. Bu rəqəm 2018-ci illə müqayisədə 3 milyon çoxdur. Nəticədə isə şirkət bazar gəlirini 29,6%-dən 36,5%-ə çatdırıb.

Planşet bazarının ikincisi isə Samsung şirkəti olub. Apple-dan fərqli olaraq Samsung-un planşet istehsalında geriləmə müşahidə olunur. 2018-ci ildə bazara 7,6 milyon planşet çıxaran şirkət 2019-cu ildə bu rəqəmi 7 milyona endirib. Bununla da Cənubi Koreya şirkətinin bazar gəliri 17,3%-dən 16,1%-ə düşüb.

Huawei şirkəti planşet gəlirini 9,3%-dən 9,1%-ə azaldaraq bazar üçüncüsü olub.

Bazarın ilk beşliyini ardıcıl olaraq Amazon.com və Lenovo şirkətləri tamamlayıblar. Bu şirkətlərin gəliri ümumi planşet bazarında müvafiq olaraq 7,6% və 5,8%-dir.