Planşet bazarına Apple rəhbərlik edir

Date:

Paylaş:

“Strategy Analytics” analitik şirkətinin mütəxəssisləri cari rübün planşet bazarının nəticələrinin açıqlayıb.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, hesablamalara əsasən, 2017-ci ilin iyun-sentyabr aylarında dünyada 44,6 milyon ədəd bu cür cihaz satışa çıxarılıb.

Nəzərə alsaq ki, 2016-cı ilin üçüncü rübündə tədarükün həcmi 46,9 milyon ədədə bərabər olub, o zaman demək olar ki, bir il ərzində planşet bazarı 5 faiz azalıb.

Sənayenin lideri “Apple” şirkətidir. Bir il ərzində bu şirkət tədarükünü 11 faiz artırıb və 9,3 milyon ədəddən 10,3 milyon ədədə çatdırıb. Bu da “Apple”in bazar payının 19,8 faizdən 23,1 faizə qədər artmasına səbəb olub.

İkinci yerdə yerləşən “Samsung” şirkətinin payı 14 faizdən 12,5 faizə qədər azalıb. Çünki Cənubi Koreya istehsalçısı bir ildə tədarükünü 6,6 milyon ədəddən 5,6 milyon ədəd planşetə qədər azaldıb.

Üçüncü yeri bir ildə tədarükünü 2,5 milyon ədəddən 3,2 milyon ədədə qədər artıran “Huawei” şirkəti tutur. Bunun nəticəsində şirkət bazar payını 5,4 faizdən 7,2 faizə qədər artıra bilib.

Dördüncü yerə “Strategy Analytics” şirkətinin analitikləri “Lenovo”nu qoyublar. Çin istehsalçısı ötən illə müqayisədə tədarükünü artırıb və 2,7 milyon ədəddən 3 milyon ədədə çatdırıb. Bu da “Lenovo”nun bazar payının 5,8 faizdən 6,7 faizədək artmasına səbəb olub.

İlk beşliyi “Amazon” şirkəti qapayır. Bu şirkət müvafiq tədarükdə ən yüksək nəticəni nümayiş etdirib. Onun tədarükünün həcmi 2,0 milyon ədəddən 2,5 milyon ədədə çatıb. Rübün nəticələrinə görə, “Amazon”un bazar payı 5,6 faizə bərabər olub. Bir il öncə isə ən iri onlayn mağaza planşet bazarının 4,3 faizinə malik idi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...