Bu məqalədə planetin ən uğurlu sahibkarlarının sınanmış məsləhətləri təqdim olunur. Onlara əməl etməklə siz biznesdə doğru və dəqiq qərarlar verə bilərsiniz.
1 . Problemin kökü :
- perspektivləri düşünün. Problemin səthi həlli onun yenidən meydana gəlməsi ehtimalını yaradır;
- vəziyyət bütün parametrlərdən baxmaq üçün vaxt ayırın;
- əgər siz daim “yanğın söndürmə” ilə məşğulsunuzsa, demək ki, iş metodlarını gözdən keçirmənin zamanı gəlmişdir;
- problemlərin səbəblərinin aşkar olunması ilə bütün iş vaxtınızı aparacaq qədər məşğul olmayın;
- problemlərin dərin köklərini axtarıb tapmaq həm çoxlu zaman həm də pul xərci tələb edə bilər, lakin buna dəyər.
- Problemə fərqli bucaqdan baxış :
- köhnə problemlərə yeni prizmadan yanaşmaq işinizi canlandıra bilər;
- bu işin xeyrinə nə kimi ideyalarının olmasını aydınlaşdırmaq üçün həmkarlarınızla söhbət edin;
- qərarları artıq sınanmış və yoxlanılmış müxtəlif metodlar əsasında qəbul edin;
- siz problemlərin müxtəlif aspektlərdən araşdırılması bacarığına malik olmalısınız;
- vəziyyətdən məlumatsız olan bir nəfərdən bu barədə öz təəssüratlarını bölüşməyi istəyin. Bu sizə doğru qərara verməniz üçün açar rolunu oynaya bilər.
- xoşagəlməz hallardan qaçmaq üçün qəbul edilən qərarların nəticələrini düşünün.
3 . Suallar :
- sual verməkdən çəkinməyin. Vəziyyətlə bağlı öz bilginizə arxayın olub səhv qərar qəbulunda risk etməkdənsə vəziyyəti öyrənməyə vaxt sərf etmək daha yaxşıdır;
- sualı, hədəflərinizə ən yaxşı halda cavab verəcək şəkildə qurun;
- əgər vaxtınız azdırsa o zaman qapalı suallardan istifadə edin;
- açıq suallar məhsuldar müzakirəyə səbəb ola bilər;
- sualı verməzdən öncə, həmsöhbətinizi çaşdırmasın deyə ( əgər , təbii ki, qəsdən belə bir niyyətiniz yoxdursa ) onu əvvəlcə beyninizdə xəyalən götür-qoy edin;
- suallarınız üçün doğru zaman seçin. Yəni, həmin şəraitə uyğundurmu? Və həmsöhbətiniz həyəcanlı deyilmi? Əgər vaxt çoxdursa o zaman sualı sonraya saxlamaq daha yaxşı olar.
4 . Yoxlanmış metodlardan istifadə :
- vəziyyəti mütəmadi olaraq yenidən dəyərlədirin və köhnə qərarlarınızın nə dərəcədə keçərli olub-olmadığına nəzarət edin;
- təlaşa qapılmayın.Uğur sizi yeni yolda gözləyir;
- unutmayın ki,hər zaman problemi həll etməyin çoxlu yolları var;
- məsələlər haqqında gözlənilməz yanaşmaları rədd etməyin ;
- yeni metodları yoxlayın və hansı nəticələrə gətirib çıxaraca biləcəyini izləyin;
- problemin həll edilməsində digər insanların fikirlərini diqqətdə saxlayın. Onlar sizə çox kömək edə bilər.;
- tapılan həll yollarını daha geniş şəkildə tətbiq etmək imkanına nail olun.
5 . Vaxt azlığı zamanı qərarların qəbulu :
- perspektivləri düşünün və mümkün ssenariləri reallaşana qədər tətbiq edin;
- zaman azlığı heç də həmişə pis deyil. Gərgin olduğunuz vaxt siz daha dəqiq və effektiv düşünə bilərsiniz;
- hazırki vaxta görə vacib olan məsələyə diqqətinizi cəmləndirin;
- vaxtınız az olsa belə hər şeyi tam analiz etməyə və tələsik qərarlar verməməyə çalışın;
- əgər zaman problemi varsa, mövcud heç bir detaldan yayınmamaq üçün təcrübəli kolleqa ilə məsləhətləşməyiniz xüsusilə vacibdir.
6 . Xərclərin və gəlirlərin analizi :
- analizi kimin – sizin ya başqa kiminsə edib-etməməsindən asılı olmayaraq, xərclər və gəlirlər planında hansısa faktorun gözdən yayınıb-yayınmadığını iki dəfə yoxlayın;
- analiz əsasında yaranan məsələlərin düzgünlüyünə əmin olun. Bir neçə nəfərdən sizin hesabatlarınızı yoxlamalarını istəyin. Bu, onların hər bir tənqidə qarşı dayana bilib-bilməyəcəklərinə əmin olmanız üçündür.
7 . Qərarların operativ qəbulu.
- özünüzdə və ya ətrafdakılarda astagəlliyə meylilik görürsünüzsə, onu dərhal aradan qaldırmağa çalışın;
- özünüzü çözməyə çalışın, yəni əgər astagəl birisinizsə, bunun səbəbini araşdırın;
- lazım gəldiyi haldan güzəştə getməyə hazır olun;
- hədəflərinizdə dəqiq olun;
- əgər qarşınızda çox böyük bir tapşırıq durursa onu hissələrə bölün;
- əgər bir qərarı qəbul etməkdə çətinlik çəkirsinizsə, təcrübəli bir kolleqanıza müraciət etməklə özünüzə olan inamınızı gücləndirə bilərsiniz.
8 . Qərar barədə məlumat :
- insanlara öz qərarınız barədə məlumat verməzdən öncə təqdimat barədə dərindən düşünün;
- şirkətin, qərarınıza təsir edə biləcək bütün daxili siyasi aspektlərini nəzərə alın;
- dinləyicilərin bütün mülahizələrini diqqətlə dinləyin və öz mövqeyinizi detallarla izah etməyə hazır olun. Əgər siz kitabda olan məsləhətlərin hamsına əməl etsəniz, hər bir tənqidə qarşı dayana biləcəksiniz;
- anlaşılan dildə danışın, elmi terminologiya ilə dinləyiciləri çaşdırmayın;
- unutmayın ki, müdafiəçi mövqeyinə keçmə hələ heç kimə fayda gətirməyib;
- təqdimatınızın məzmununu dinləyicilərin dəyərləri və motivasiyaları ilə əlaqələndirin. Qərarınızın onlara verəcəyi faydanı izah edin.