Əsas səhifə Biznes sahələri Texnologiya Pizza sifariş edən ağıllı ayaqqabılar

Pizza sifariş edən ağıllı ayaqqabılar

1826
Paylaş

Texnologiya inkişaf etdikcə ağıllı əşyaların sayı da artmağa davam edir. Bu dəfə də dünyanın ən böyük pizza mağazaları şəbəkəsindən biri olan Pizza Hut Pie Tops adlı ağıllı ayaqqabı ilə sifarişlərini artıracağını düşünür.


Pie Tops adlı idman ayaqqabısını ağıllı edən xüsusiyyət isə ayaqqabıların “dil” dediyimiz hissəsində olan Pizza Hut logosunun əslində bir düymə olmasıdır. Bu düymə ilə olduğunuz məkana pizza sifarişi verə bilən ayaqqabı beləliklə qəribə bir şəkildə “Dünyanın İlk Pizza sifarişi verən İdman Ayaqqabısı” ünvanını alır.

Hətta bu ayaqqabı vasitəsilə verəcəyiniz sifarişdə 50 faiz endirim edən Pizza Hut hazırda dəqiq məbləğ açıqlamasa da ciddi şəkildə satışı artıracağını düşünür.