Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Pizza Hut” köhnə loqotipinə qayıdır

“Pizza Hut” köhnə loqotipinə qayıdır

341
Paylaş
Pizza Hut
Pizza Hut

“Pizza Hut” pizzalar şəbəkəsi reklam kompaniyası buraxıb. Burada, ilk dəfə 1967-ci ildə təqdim edilmiş loqotipdən istifadə olunub. O, şəbəkənin adından və pizza hazırlanan sobanın dam örtüyünün qırmızı rəngli təsvirindən ibarətdir.

Business İnsider xəbər verir ki, “Pizza Hut” köhnə loqotipdən televiziya reklamları üçün istifadə edəcək. Pizzalar şəbəkəsinin baş brend-meneceri Mariann Redly belə hesab edir ki, 50-dən çox yaşı olan loqotipin yenidən istifadəsi qərarı “Pizza Hut”-ın keçmişi ilə gələcəyinin birləşməsini və həmçinin şirkətin irsinə hörməti simvolizə edir.

Belə bir seçim yaşlı auditoriyada nostalji hisslər oyatmaqla bərabər yeni təcrübəni sınaqdan keçirmək istəyən  gənc alıcıları da özünə cəlb edib.

Söhbət əsasən “Burger King”, “Pepsi” və “Coca-Cola” reklam kompaniyalarından gedir.

Şəbəkədən bildiriblər ki, “Pizza Hut”-ın 1999-cu ildə buraxılmış və 2014-cü ildə yenilənmiş indiki loqotipi də köhnə ilə eyni təsvirə malikdir. Qırmızı rəng alıcılarda pizzanın hazırlanmasında istifadə edilən ketçupun təəssüratını canlandırır.