Əsas səhifə Tenderlər Digər “Pizza Hut” dairəvi pizza qutuları hazırlayıb

“Pizza Hut” dairəvi pizza qutuları hazırlayıb

131
Paylaş

Business Insider yazır ki, “Pizza Hut” şirkəti Amerikanın Zume startapı ilə birlikdə yumru pizza qutuları hazırlayıb. Şirkət bu layihəni ABŞ restoranlarından birində sınaqdan keçirəcək.

Nümayəndələrin sözlərin görə, qutunun qablaşdırılma quruluşu sayəsində pizza uzun müddət isti və təzə qalacaq.

Belə dairəvi qutular daha az yer tuturlar və eyni zamanda onların istehsalı üçün digər ənənəvi kvadrat qutularla müqayisədə daha az material tələb olunur. Qeyd edək ki, tərəfdaşlar bu qutu üzərində təxminən iki il işləyiblər.

Bugün Arizonadakı şəbəkə restoranlarından birində satışının sınaqdan keçirilməsi nəzərdə tutulan yeni Garden Specialty Pizza-da bitki tərkibli “ət”dən istifadə olunub. Qiyməti 10 dollardır. “Verge” bildirir ki, “Apple” şirkətinin də buna oxşar pizza qutusuna patentliyi var.