Pixel smartfonlarını hack etməyi bacarana 1.5 milyon dollar mükafat

Date:

Paylaş:

“Google” şirkəti mütəmadi olaraq Android-in təhlükəsizlik sistemini və öz Pixel smartfon seriyasını yeniləyir. Lakin bu cür prosesdə həmçinin adi istifadəçilər də iştirak edə bilərlər. Beləliklə şirkət Android əməliyyat sistemində olan boşluqları aşkar edən şəxslər üçün pul mükafatını yüksəldib. Bundan sonra istifadəçilər öz smartfonlarını leqal şəkildə hack edə və bunun sayəsində yüksək pul mükafatı əldə edə bilərlər.

Bizplus.az bildirir ki, Android Security Rewards proqramı Pixel 4 seriyası istisna olmaqla digər bütün Pixel smartfonlarını əhatə edir.

Bu proqram öz növbəsində təhlükəsizlik sistemində və Android yenilənmələrində boşluqların aşkar edilməsi üzrə istifadəçilərə pul mükafatlarının verilməsinə yönəlikdir. Məsələn, Titan M adlı təhlükəsizlik çipinin işinə təsir edən zərərli kodun aşkar edilməsi üçün nəzərdə tutulmuş pul mükafatı 1 milyon dollar təşkil edir. Lakin əgər boşluq sistem yenilənməsinin işıq üzü görməsindən öncə aşkar olunarsa bu mükafat 1.5milyon dollar təşkil edəcək.

Titan M çipindəki boşluqlardan əlavə olaraq şirkət Android Security Rewards proqramına yeni kateqoriyaları da əlavə edib. Belə ki, istifadəçi məlumatlarının oğurlanmasına və ya smartfon ekranının bloklanmasından yan keçməyə imkan verən boşluqların aşkar edilməsi üçün 500.000$ mükafat veriləcək. Veriləcək pul mükafatının miqdarı isə aşkar ediləcək boşluğun səviyyəsindən asılı olacaq.

Şirkətin verdiyi məlumata əsasən bu proqram çərçivəsində istifadəçilərə ümumilikdə 4 milyon dollar mükafat verilib. Bu il sözügedən proqramda iştirak etmiş şəxslərdən hər biri ortalama 15.000$ vəsait qazanb. Bu isə keçən ilki göstəricidən 20% çoxdur. Sistem boşluqlarının aşkar edilməsi ilə məşğul olan şəxslər üçün bu yeni mükafatlandırma sistemi bugündən start götürür. Proqram barəsində bütün detalları isə “Google” şirkətinin saytında öyrənmək olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...