Əsas səhifə Biznes Biznes məqalələri Pis qız Billie Eilish: 18 yaşında bütün qaydaları pozmaq və $8 mln....

Pis qız Billie Eilish: 18 yaşında bütün qaydaları pozmaq və $8 mln. qazanmaq

139
Paylaş

18 yaşlı müğənni Billie Eilish televizorda “İlin rekordu” kateqoriyası üzrə Qremmi mükafatına namizədlərə baxır – o, artıq ilin albomu, ilin mahnısı, ən yaxşı yeni sənətçi və ən yaxşı vokal pop-albom kateqoriyaları üzrə həmin mükafatı alıb. Bu nominasiyanı o 1981-ci ilin rekordunu da qırıb alacaq. Həmin vaxt dörd “Qremmi” mükafatını bir gecədə Amerikanın hüdudlarından kənarda az tanınmış müğənni Christopher Kross əldə etmişdi və həm də “Ən yaxşı yeni sənətçi” adına layiq görülmüş bu müğənninin artıq 29 yaşı vardı.

“Qremmi”ni son zamanlar rüşvətxorluqda, rasizmdə və gündəmin tələblərini izləmək istəməməkdə ittiham edirlər – və sözsüz ki, Eilishin mükafat alması artıq gülünc vəziyyətə çatmış musiqi biznesində daha da aktual olmağa bir cəhddir. Hərçənd Eilish özü daha layiqli namizədlərin olduğunu deyib, “Qremmi”ni o özü də elə-belə almayıb.

Hələ debüt albomu çıxmazdan qabaq Eilish Billboardda birinci yerə namizədlik qazana bildi. Bu,  öncədən yaddaşda saxlama funksiyasının hesabına oldu. Belə ki, onun köməyilə fanatlar albomu qaçırmadılar – o, onların bibliotekasında vardı. Nəticədə onu 800 000 adam yaddaşda saxladı. O, ilin ən yaxşı albom oldu,belə ki, Billboardda üç dəfə birinci yerə yüksəldi. Plastinka 2,5 milyon dəfə alınıb – 2019-cu ildə olan istənilən bir albomdan 400 000 dəfə çox. Hərçənd fiziki daşıyıcıların satışı azalır və ilk iPod-un buraxıldığı ildə dünyaya gələn Eilish heç vaxt kompakt-disklərdə musiqi dinləməyib, bu, il ərzində ən çox satılan albom olub – ən son məlumatlara görə, onu 113 000 adam alıb.

Billie Eilishin ən son üç konsert turuna olan biletlərin hamısı satılıb – Moskvada və Peterburqdakı konsertlər üçün Pop Farm şirkəti böyük meydanlar axtarıb tapmalı olur. Müğənninin ancaq xalis aktivləri daxil olmaqla kapitalının təxmini dəyəri 8 mln. dollardır. Bununla belə keçən ilin dekbrında o, artıb: Apple TV + sözügedən müğənniyə onun haqqında sənədli film çəkməyə görə 25 mln. dollar ödəyib.

Məhşurluğunun sirri nədədir?

Eilish, Z nəslinin ilk böyük pop-müğənnisi olur: Ariana Grande, Selena Gomez və Taylor Swift gənc dinləyicilər arasında  populyar olsalar da millenialdırlar. Eilish 2000-ci ildən sonra dünyaya gələnlər arasında hit-paradların zirvəsində olan ilk musiqiçidir. Müasir yeniyetmələrin həyatına həsr olunmuş “Euphoria” serialı 2001-ci il 11 sentyabr taixindən başlayır – onun əsas qəhrəmanı üç gün sonra anadan olub, amma yeni zaman hissiyatı ona güc verməyib, əksinə, narahatlıq və depressiyaya salıb, asılılıqlara və gərgin düşüncələrə səbəb olub.

Elə bu barədə də Eilish mahnı oxuyub. Onun 13 yaşında yazılmış ilk “Why not” (“ Niyə də yox”) mahnısı sui-qəsdə həsr olunub. Bundan sonra, “Gəzən ölülüər” serialının təəssüratı ilə yazılmış zombi-apokalipsis mahnısı gəlir. Xoreoqrafiya dərsi üçün hazırlanmış ilk “Ocean Eyes” hitində napalm bombası və yandırılmış şəhərlər xatırlanır, növbəti “Bellyache” mahnısında isə Eilish  bütün dostlarını öldürür və dərhal bu barədə təəssüfünü bildirir. Eilish deyib ki, onun sui-qəsdlə bağlı fikri olmayıb, sadəcə bilmədiyi bir şey barədə mahnı yazmaq istəyib.

Bundan başqa, öz problemlərini bölüşən fanatlarla ünsiyyət və topladığı təcrübə Eilish-in mahnılarını auditoriya üçün daha da sevilən edib. Müğənninin onunla birgə turlara gedən anası etiraf edir ki, hətta bəzi mahnılarının mətninə görə qızı ilə bağlı hərşeyin qaydasında olub-olmaması barədə narahatlıqlar keçirməyə başlayıb – xüsusən də “When We All Fall Asleep, Where Do We Go?” debüt albomunda yer alan “Listen before I go” mahnısından sonra. Bu yaxınlarda verdiyi müsahibədə müğənni etiraf edib ki, 2018-ci il onun üçün həyatının ən çətin illərindən biri olub – ilk növbədə məsuliyyətsizliyinə görə. Bu onun debüt albomuna təsir edib: “Don’t smile at me” 1950-ci ilin pop-musiqisinin klassikası ilə müasir səslərin ahəngindən ibarət idi. Vokal,  YouTube-dakı  populyar ASMR-videolarını xatırladır. Onlarda insanlar birbaşa tamaşaçının qulağına pıçıldayırlar, musiqi isə gurultusu ilə adi pop-sxemdən kənara çıxmağa can atır.

Qaydalara riayət etməmək

Eilish maksimum şəffaflıq və İnstagram əsrində yaşayır və onun haqqında sənədli film güman ki, onun özündən daha çox filmin yaradıcılarına lazımdır. Onun sosial şəbəkələrdə özü  haqqında nə dediyini bilmək maraqlı olardı. Müğənni hansısa anlamda müasir amerikan pop-musiqisinin səmimiyyət istəyinə cavab verir, müəllim və səsləflərinin yolunu davam etdirir. Lord-un depressiyadan, Beyonce-un xəynətdən oxuduğu bir vaxtda  Eilish ölümlərdən və asılılıqlardan oxuyan lirik qəhrəmana çevrilib və səmimi ictimai obraz olaraq jurnalistləri evinə çağırıb onlarn suallarına birbaşa cavablandırıb. Dürüstlüyü mahnılarının qəhrəmanına da ötürülür.

Eilish-in geyim istehsalçıları ilə ( Chanel, Calvin Klein, Freak City brendi) müqavilələri var,  Khalid, Justin Bieber kimi ulduzlarla birgə mahnılar yazdırır, tok-şoulara gedir və Qremmi mükafatından da imtina etmir. Sevmədiyi isə adi pop musiqilər və istəmədiyi geyimləri geyinməkdir.

Aktyorlar ailəsində anadan olan və evdə təhsil almış Billie lap əvvəldən şan-şöhrətə can atırdı və bundan da utanmır. Onun ilk meneceri qardaşının meneceri olub, xüsusi təlimli insanlar onun mahnılarını striminq-sevrislərdə müxtəlif play-listlərə yönləndirirdilər ki, onları mümkün qədər çox sayda adam görə bilsin. Valideynləri Eilish-lə qardaşını xora göndərirdilər. Orada musiqi təhsili almışdı. Eilish evdə özünün hazırladığı mahnılarla digərlərinə də nümunə olub: bu, musiqiçilər üçün azadlıq deməkdir, yəni hər kəs tanınmış bir prodüserə ehtiyac qalmadan özü də mahnı yaza bilər. Bu, Billie-də alınıbsa daha kimdə alinmaz ki?!

Eilish-in xarizması ondadır  ki, o, mövcud qaydaları pozmadan öz qaydaları ilə də oynamağı bacarır. Özü yeniyetmə olanda Bieber fanatı idi və buna görə də ulduzlar arasında məhz səninlə danışan birisini tapmağın necə vacib olduğunu yaxşı bilir (Bieberlə birgə “Bud guy” mahnısını ifa ediblər).

İqlim dəyişikliyindən bəhs edən sənədli filmə baxdıqdan sonra  Eilish dəfələrlə öz müsahibələrində və ictimai çıxışlarında bu mövzuya toxunur və “All good girls gə to hell” mahnısına çəkilən klipdə ekoloji problemlərdən bəhs edir.

Onun musiqiləri ilə ən fərqli üslubların musiqçiləri maraqlanırlar – Eilish özü isə buna bir o qədər də diqqət etmir. Noyabrda yeni“Everything I wanted” mahnısını buraxır. Tezliklə isə James Bond haqqında çəkilən yeni film üçün Finneas-la birgə yazdığı mahnını buraxır.  Billie dayanmağı düşünmür – müğənnidən yeni rekordlar gözləməyə dəyərmi ya yox, bunu deyə bilmərik, amma bunlar ona heç lazım da deyil: Billie Eilish üçün ancaq ideyalarının fanatlarına çatması vacibdir.  Bunun yüz minlərlə və ya milyonlarla olacağı isə zaman məsələsidir.