Pinterest sosial şəbəkəsi uğursuz addım ataraq Jelly axtarış mühərikkini satın aldı. Təxminən 4 il əvvəl Twitterin qurucularından olan Biz Stone sual-cavab formatında fəaliyyət göstərən maraqlı bir axtarış mühərriki yaratdı.
“Arxasında insanlar olan bir axtarış mühərriki” kimi adlandırılan Jelly sürətdən daha çox keyfiyyətli cavablara üstünlük verən bir platformadır. Yeni nəsil axtarış mühərriki olmaq üçün yaradılan Jelly müxtəlif investisiyalar almış olsa da heç zaman istənilən səviyyələrə çata bilmədi və müvəffəqiyyətsiz bir layihə oldu.
Bəs Pinterest uğur qazanmayan bir layihəni niyə almaq istədi?
Jellynin gələcəyi haqqında hər hansı bir şərh edilməmiş olsa da Pinterestin bu satın almadakı məqsədinin vizual bir axtarış mühərriki qurmaq olduğunu söyləyə bilərik. Bundan başqa Biz Stonenin Pinterest sərmayəçilərindən olması da bu satın almanın reallaşma səbəblərindən biri ola bilər.
Vizual axtarış etmək istəyənlər üçün hazırda Googledən çox daha üstün olan Pinterest, Jelly dəstəyiylə birlikdə bu mövzuda qarşısına daha da müvəffəqiyyətli olmağı məqsəd qoyur. Buradakı əsas problem Googleun axtarışlarda tapmaq istədiyiniz məhsuldan daha çox SEO sayəsində axtarış səhifəsində önə çıxmış nəticələri göstərməsidir.
Pinterest həqiqətən istifadəçilərinin axtardığı vizuallara çatmağını təmin edir. Daha əvvəl tanıdılan Lens tətbiqi sayəsində fiziki obyektlərin axtarışını təmin edən Pinterest yaxın gələcəkdə adını daha çox eşidə biləcəyimiz bir axtarış mühərriki yarada bilər.