Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Pinterest-i IPO-da 12,7 milyard dollar qiymətləndiriblər

Pinterest-i IPO-da 12,7 milyard dollar qiymətləndiriblər

298
Paylaş

İlk səhm qoyuluşunda “Pinterest” fotoxostinqini 12,7 milyard dollar qiymətləndiriblər. Nəticələr şirkətin gözləntilərini yanıldıb, belə ki, gözləniləndən hardasa 3 milyard dollar artıq olub. Analitiklər belə hesab edirlər ki, bu, Lyft xidmətindən sonrakı növbəti bir sübutdur ki, İPO bazarı texnologiya sahəsində inkişaf edəcək.

“Pinterest” onlayn-xidməti keçən il 63 milyon dollar itirib. Lakin bu, onun İPO-da 12,7 milyard dollar qiymətləndirilməsinə mane ola bilməyib. Bu barədə Reuters açıqlama verib. Şirkət səhmdarlara 15-17 dollar civarında elan ediləndən 19 dollarlıq səhm verib. Nəticədə fotoxostinq  məhdud səhmlər və seçimlər hesabı ilə 12,7 milyard qiymətlənləndirmədə 1,4 milyard dollar əldə edib. Ticarət 18 apreldə Nyu-Yorkun fond birjasında açılacaq.

Bununla belə, Pinterest zərər yaşayan şirkət olaraq qalmaqdadır. Lakin  çox da böyük olmayan zərərlə ( 2018-ci ildə 63 milyon dollar ) yanaşı şirkətin gəlirləri də çox sürətlə artır ( +60% 756 milyon dollar qədər ).  Səhmdarlar sürətlə inkişaf edən şirkəti əldən vermək istəməyiblər. Lakin mümükün risklərdən də ehtiyat ediblər.

“Pinterest”-in ilk səhm qoyuluşu ABŞ-da 2017-ci ildə olan “Snap”-dan sonrakı sosial şəbəkələr arasında ən irisi olub. Fotoxostinqin, 320 milyona yaxın auditoriyası olan Twitter ilə müqayisədə ayda 250 milyon auditoriyası olur. “Snap”-ın səhmləri İPO-da özünə yaxşı rəy alıb, lakin indi İPO-dakı ilə müqayisədə 30%-dən çox düşüb.

“Lyft” “carpulling” xidmətinin qiymətləri İPO-ya çıxandan  sonra 20%-i keçib. Guggenheim Partners-in analitiki Jake Fuller deyib: “Səhmlər ətrafında əsas diskussiya ondan ibarətdir ki, onlar gəlirlilik qazana biləcəklərmi”. Wall Street Journal-da belə hesab edirlər ki, “Pinterest” “Lyft”-dən də, “Snap”-dan da uğurlu olacaq.