Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Pilotsuz aparatlar Ramin Quluzadəyə tapşırıldı – Novruz Məmmədovdan qərar

Pilotsuz aparatlar Ramin Quluzadəyə tapşırıldı – Novruz Məmmədovdan qərar

144
Paylaş

Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

“BizPlus.az” xəbər verir ki, baş nazir Novruz Məmmədov bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə qərara imzalayıb

Əvvəllər bu sahədə səlahiyyətli orqan Dövlət Mülki Aviasiya Administrasiyası olub. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu, bu sahədə icazənin verilməsi isə artıq birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətində olacaq.