Côte d’Azur sahillərində yerlşən və modelyer Pierre Cardin-ə məxsus malikanə 305 mln. avroya satışa çıxarılıb. O, Avropanın ən bahalı villasıdır. Bu barədə The Sun xəbər verir.
Modelyer “Palais Bulles” adlı malikanəni 90-cı illərin əvvəllərində hərracda qazanıb. Yerləşdiyi təxminən 1,2 min kv. metrdir. Villanın mebelləri dairəvidir və küncləri yoxdur.

Malikanənin ətrafında gölməçəli bağçalar salınıb. Burada həm də basseyn və 500 nəfər adam tutan amfiteatr (kütləvi tamaşa üçün nəzərdə tutulmuş monumental tikili) var.
