Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “PickPoint” sahibkarı “Qiwi”nin poçt terminalları şəbəkəsini alır

“PickPoint” sahibkarı “Qiwi”nin poçt terminalları şəbəkəsini alır

60
Paylaş

“Qiwi” öz poçt terminalları şəbəkəsini internet-mağazalardan sifarişlərin çatdırılması xidmətini həyata keçirən “PickPoint”ə satır. Bu, “PickPoint” terminallarının sayını demək olar ki, iki dəfə artıracaq – 2750-dən 5050-ə kimi.

Əməliyyat, müştərilərin kəskin dəyişiklikləri hiss etməmələri üçün bir neçə mərhələdə həyata keçiriləcək. Amma müqavilənin bağlanma tarixi və digər təfərrüatlar açıqlanmır. “PickPoint”in hesablamasına görə, bu alış poçt sifarişlərinin sayını 2020-ci ildə 2-2,5 dəfə artıracaq.

Qeyd edək ki, artıq poçt terminalları tam olaraq “PickPoint”ə məxsus olacaq, amma “Qiwi” müştəriləri şirkətin terminallarından ödəniş edə biləcəklər. “PickPoint” sifarişlərin sayından asılı olaraq komissiya ödəməkdə davam edəcək.

Qiwi Box nümayəndəsinin sözlərinə görə, loqistika biznesi şirkət üçün vacib deyil, ona görə də “Qiwi” çoxdankı tərəfdaşının xeyrinə şəbəkədən imtina etmək qərarına gəlib.