“Phillips”dən televizoru alanların pulu geri qaytarılması tələb olunur

Date:

Paylaş:

Niderland İstehlakçılar Birliyi Federasiyası dünyanın böyük şirkətlərindən biri olan “Phillips”dən 1996-2006-cı illərdə satılan televizor və monitorların pullarının müştərilərə geri qaytarılmasını tələb edib.

Lakin şirkət bununla razılaşmayıb. Federasiyanın iddiasına görə, 10 il boyunca “LG”, “Samsung” “Toshiba” və “Panasonic” ilə gizli müqavilə bağlayan şirkət qeyri-qanuni qazanc əldə edib.

Məsələ ilə bağlı məhkəməyə müraciət edən qurum “Phillips”in ödəyəcəyi cərimənin həcminin hələ müəyyənləşmədiyini bildirib. Həmçinin qeyd olunub ki, pulunun geri qaytarılmasını istəyən müştərilər qəbzləri də təqdim etməlidirlər.

Bildirilib ki, artıq 55 min nəfər təzminatın ödənilməsi üçün federasiyaya müraciət edib.

“Philips” rəsmiləri isə bu iddiaların haqsız olduğunu və özlərini müdafiə edəcəklərini açıqlayıblar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...