Phi Gallery-3D microblading studiosunun açılışı

Date:

Paylaş:

Phi Gallery Azərbaycanda ən müasir və avanqard mikroblading texnologiyalarını
özündə birləşdirir. Komandamızın üzvləri dünyanın ən professional microblading
akademiyası olan PhiBrows-un peşəkar master klasslarını almış ustalardır.
30 iyul tarixində Sumqayıt şəhərində Sülh Plazada baş tutan açılış mərasimi çox
təntənəli və səmimi abu havada keçmişdir.

Açılışı giriş sözü ilə açan şirkətin qurucusu Elvin Dadaşsoy qeyd etmişdir ki, " Phi
Gallery şirkəti 3D microblading sahəsində trend yaradan, premium keyfiyyət
nümayiş etdirən gözəllik qalareyası olacaqdır."
Açılış mərasimində bir sıra media nümayəndələri, rəhbər şəxslər və müxtəlif
təşkilatlardan qonaqlar iştirak etmişdir.

Girişdə microblading üzrə tanınmış master Gunay Dadaşova bu sahə haqqında
qonaqlara məlumat vermiş, yeniliklər barədə məlumatlandırmişdır.
Microblading üsulu ilə işləmək çox böyük dəqiqlik,məsuliyyət və mükəmməl əl
ustalığı tələb edir. Biz bu məsuliyyəti dərk edir və işimizi dəqiq yerinə yetirməyə
çalışırıq.

Vizyonumuz daha çox xanımın gözəl görünməsinə yardımçı olmaq üçün Azərbaycandan bütün dünyaya genişlənməkdir.
Phi-Gallery- nin təməl prinsiplərindən biri gigiyena və təmizliyin ən son həddini
özündə əks etdirməkdir. Təsadüfi deyil ki, hər pasiyentə tətbiq etdiyimiz bütün
rəng piqmentləri, alət və avadanlıqlar yalnız bir dəfə istifadə edilir. Bizə müraciət
edən müştəri əmin ola bilər ki, müraciət etdiyi Qalareya yüzlərlə xanımın gözəllik
cizgilərinin formalaşmasında rol oynayıb.

Phi Gallery-nin Craft Artist-i Jalə Dadaşsoy bu mərkəzin Sumqayıt şəhərində 3D
microblading üzrə ən tanınmış bir mərkəz olacağına şübhə etmədiyini vurğulayıb.
Çıxış edən media nümayəndələri və qonaqlar şirkətə uğurlar arzulamışlar. Daha
sonra rəmzi tort kəsilmişdir .

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...