“Petkim”in aktivləri 62% artıb

Date:

Paylaş:

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding A.Ş” 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, ötən il “Petkim”in xalis mənfəəti 872 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.

2018-ci ildə “Petkim”in dövriyyəsi 9,3 mlrd. TRY olub. Şirkətin aktivləri 62% artaraq 12,6 mlrd. lirəyə çatıb.

“Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti 1,523 mlrd. TRY olub. 2018-ci ildə “Petkim”in məhsullarının satışı 1,8 mln. ton təşkil edib ki, bunun da 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixrac olunub.

“Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, 2018-ci il rəhbərlik etdiyi şirkət üçün uğurlu il olub: “Dünyada qlobal iqtisadi dalğalanmaların olduğu 2018-ci ildə biz məhsuldarlığa yönəlib, uzunmüddətli planlar quraraq göstəriciləri müsbətə çevirə bildik, qlobal və daxili dəyişiklikləri yaxından izlədik. Bazarın və müştərilərin tələblərini əvvəlcədən gördük və tələblərə cavab verdik. İdxalçıların çətinlik çəkdiyi şərtlərdə belə yerli istehsalçıları xammalla təmin edərək iqtisadiyyata töhfə verməyə davam etdik. Planlaşdırılmış texniki baxım işləri 63 günlük nəzərdə tutulsa da 53 gün ərzində başa çatdırıldı”.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...