“Pepsi”nin gəlirləri 17,2 milyard dollara çatıb

Date:

Paylaş:

Alkoqolsuz içki istehsalçısı “Pepsi”nin gəlirləri 2019-cu ilin üçüncü rübündə 17,2 milyard dollara çatıb. Bu isə ilin əvvəli ilə müqayisədə 4,3%-lik artım deməkdir.

Bu haqda şirkətin maliyyə hesabatına deyilib.

Wall Street Journal “PepsiCo”nun maliyyə direktoru Hugh Jhonston-un sözlərinə istinadən yazıb ki, korporasiyanın reklam xərcləri isə qeyd olunan dövrdə 12% artıb.

Şirkətin baş direktoru Ramon Laquaranın bildirdiyinə görə, şirkətin maliyyə göstəriciləri 2019-cu ilin üçüncü rübündə gözləntiləri üstələyib. Baş direktor deyib ki, bu il gəlirlərdə 4%-lik illik artıma nail olacaqlar, hətta bunu keçəcəklər.

Şirkət cari ilin ilk üç rübündə belə yaxşı göstəricilərə nail olmalarının səbəbini marketinq və öz məhsullarının reklamına xərclədikləri investisiya ilə əlaqələndirib. “Malik olduğumuz reklamın artması istehlakçıları daha aqressiv alış vərdişlərini yaratmasına kömək olur”, – deyə CNBC nəşrinə maliyyə direktoru deyib.

Şirkətin xalis mənfəəti isə illik olaraq 16% – 2,1 milyard dollara qədər azalıb.

Kompaniya bu artımı isə xərclərin və vergilərin əhəmiyyətli dərəcədə artımı ilə izah edib. Belə ki, iyuldan sentyabra qədər ödənişlər 8,6% artaraq 6,6 milyard dollara çatıb. Bu halda “PepsiCo”nun ödənişlərinin həcmi demək olar ki, üç dəfə böyüyüb.

Hesabatda, həmçinin qeyd edilir ki, yüksək maliyyə göstəriciləri Şimali Amerika bazarında markanın müxtəlif portfelinin inkişafını təmin edib. Məsələn, “Gatorade” öz bazar payını artırıb və rüb ərzində xalis gəlirlərdə əhəmiyyətli artıma nail olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...