PepsiCo-nun xalis gəliri ilin birinci yarısında 9% artıb

Date:

Paylaş:

Şirkətin hesabatına əsasən gəlir 3,448 milyard dollara çatıb.

Hər səhm üzrə mənfəət keçən ilin 2,21 dolları ilə müqayisədə 2,44 dollar olub. İllik gəliri 2,4% artaraq 29,333 milyard dollara çatıb.  Hesabat müddətində əməliyyat gəliri 2% azalaraq 4,737 milyard dollara enib.

Ikinci rübün yekunlarına görə isə PepsiCo-nun xalis gəliri 11,8% artıb və 2,035 milyard dollar olub. Keçən ilin eyni dövründə hər səhmə görə olan gəlir 1,28 dollar göstəricisi qarşılığında 1,44 dollar olub.

Şirkətin gəliri 2,2% artaraq 16,449 milyard dollar olub və bu da Reuters agentliyinin verdiyi 16,43 milyard dollardan yüksək göstəricidir. Əməliyyat gəliri 10% azalıb və 2,729 milyard dollar olub.

Şirkətin baş direktoru Ramona Laquartanın sözlərinə görə şirkət öz nəticələrindən razıdır və orqanik gəlir artımı rüb üzrə 4,5% olub, baxmayaraq ki, valyuta məzənnəsi xalis gəlirə mənfi təsir göstərib. Şirkət 2019-cu ilin yekunlarına görə glirin 4% artmasını gözləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...