PepsiCo “Rockstar Energy” şirkətini 3,85 mlrd. dollara alır. Bu barədə CNBC xəbər verir.
Xatırladaq ki, tərəflər 2009-cu ildən Şimali Amerikada distributor razılığına əsasən əməkdaşlıq edirlər.
Razılığa görə, PepsiCo-nun öz brendini inkişaf etdirməyə və ya digər energetik içkilər istehsalçıları ilə müqavilə bağlamağa icazəsi yoxdur.
Qeyd edək ki, tərəfdaşlar razılıq əldə etsələr PepsiCo artıq digər istehsalçılarla da əməkdaşlıq edə biləcək və “Mountain Dew” brendinin satışlarını artırmaq imkanı qazanacaq.