Bu iki sayt Çində VPN-siz işlək olan son resurslardır.
Pekin Çində Washington Post və Guardian saytlarındakı paylaşımlara baxmağı blok edib. The Post qeyd edir ki, bu iki qəzet son ən geniş ingilis dilli xəbər resurslarından olub. Bundan əvvəl Pekin Bloomberg, The New York Times, Reuters və The Wall Street Journal-ı ban edib.
Business Insider vurğulayır ki, əvvəllər ÇXR hökumətinin göstərişi ilə WeChat sosial şəbəkəsində 30 il bundan qabaq Tyananmen meydanındakı hadisələrlə bağlı şəkil və teqləri blok ediblər.
“Вести.Экономика” yazır ki, 4 iyunda, Tyananmen meydanında keçirilən etirazların 30 ili tamam olub. 1989-cu il hadisələri ilə bağlı hər hansısa xatırlama Pekində sərt çin qadağa qanunlarına əsasən qadağan olunub. ÇXR hökumətinin rəsmi mövqeyi – ölkə rəhbərliyinin vətəndaşların etirazına reaksiyası düzgün olub.
Bu kədərli ildönümü ilə bağlı xəbərlər Reuters,Refinitiv kimi məlumat agentliklərinin xəbər terminallarından silinib.