Paytaxtın Yeni il şənliklərinin təşkili tanınmış şoumenin şirkətinə həvalə olundu

Date:

Paylaş:

Məhşur şoumen Murad Dadaşova məxsus “M Group Production” MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.

Şirkət Yeni il bayramı üçün Bakının uşaq bağçaları və körpələr evini bəzəyəcək.

“Bizplus.az” xəbər verir ki, Bakı şəhəri İcra Hakimiyyəti “Yaşıl teatr” Bakı konsert kompleksinin timsalında onun şirkəti ilə 175 min 973 manat məbləğində (105,5 min dollar) müqavilə imzalayıb.

Müqavilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2020-ci il münasibəti ilə Bakı şəhərinin park və meydanlarında, körpələr evi-uşaq bağçalarında tədbirlərin keçirilməsi, körpələr evi-uşaq bağçalarının bayrama uyğun bəzədilməsi işlərinin satınalınması”nı nəzərdə tutur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...