Bakıda “mall”ların bağlanması haqda yayılan informasiyalar təsdiqlənməyib. Rəsmi qurumların göstərişi ilə ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı göstəriş verilib.
İnsanları ticarət mərkəzi və “mall”ara getməyə təşviq edən endirim və digər aksiyalar qadağan olunub.
Rəsmi qurumlar tərəfindən ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı 17 göstəriş verilib.
Bu qaydalara əsasən bütün ticarət mərkəzlərində bütün girişlərə hərarət ölçmə cihazları qoyulmalı, xidməti personal xüsusi geyimlə təmin olunmalı, havalandırma sistemləri mütəmadi olaraq işləməli, dezinfeksiya dispenserləri quraşdırılmalı, iş saatlarında dezinfeksiya tədbirləri mütəmadi həyata keçirilməlidir.
Bununla yanaşı, uşaq əyləncə zonalarının fəaliyyəti dayandırılmalı, mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonslar verilməli, maarifləndirici video çarxlar nümayiş etdirilməli, evlərə ərzaqların çatdırılması xidmətləri işə salınmalıdır.
Həmçinin insanların ticarət mərkəzi və “mall”lara getməyə təşviq edən endirim və digər aksiyalar qadağan olunub. Xəstə əməkdaşların əmək fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb
Bu ticarət mərkəzində termokameralar vasitəsilə iki metr məsafədən vətəndaşların hərarəti ölçülür. “Mall”ların içərisində yerləşən marketlərdə satıcılar maska və əlcəklərdən istifadə edirlər.
Alış-veriş mərkəzlərinin uşaq oyun zalları da səssizdir.
Restoranlarda əvvəllər bir-birinə sıx düzülən masaların arasında indi bir metrdən çox məsafə var. Aşpazların və restoran işçilərinin də geyimləri qaydalara uyğundur.
Bu tələblərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək.