2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən Bakıdakı işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820 manat olub.
Bu barədə Bakı Statistika İdarəsindən verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb.
Hesabat dövründə ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.