Məşhur Paypal mafyasının 12 üzvü olub. Elon Musk, Peter Thiel, and Reid Hoffman və daha saymadığım neçə insan öz xususiyyətlərinə görə daima seçilirlər. Eyni zamanda Paypaldan sonra da bu insanlar öz gördükləri işlərlə daima diqqət mərkəzində oldular. Gəlin onların nələr etdiklərinə nəzər salaq.
Jawed Karim
Banqladeş əslilli Jawed Karim Paypalda mühafizə üzrə mütəxəssis idi. Fırıldaqçılığa qarşı bir sistem dizayn edib, onu Paypal platformasına birləşdirdi. Paypaldan sonra 2005-ci ildə Youtube’u qurdu, daha sonra Stanford universitetində kompüter elmləri üzrə dərəcə əldə etdi. O Youtubeda məsləhətçi kimi fəaliyyətini davam etdi, Google Youtube’u 2006-cı ildə 1.65 milyard dollara ondan alanda bu satışdan 64 milyon dollara qədər gəlir əldə etmişdi.
Luke Nosek
Paypalın 5 əsas qurucularından biri idi, Paypalda marketinq və strategiya üzrə viste prezident vəzifəsini icra edirdi. Ebay tərəfindən Paypal satın alındıqdan sonra şirkəti tərk etdi. Uzun bir səyatəhdən sonra Founder Firm şirkətini qurdu .
Ken Howery
Howery 2004-cü ildə Peter Thiel tərəfindən yaradılmış olan Clarium Capital fonduna qoşulmazdan əvvəl Paypalda Chief Financial Officer (CFO) vəzifəsini icra edirdi. Sonradan o Proexpert öyrədici platformasını yaradır.
Ceremi Stoppelman
O Paypalda kompüter üzrə ekspert kimi fəaliyyətə başlamışdı, lakin öz karyerasını mühəndis olaraq davam etdirdi. Ebay şirkəti Paypalı satın aldıqdan sonra Ceremi öz fəaliyyətini Harvard Biznes məktəbində davam etdirdi. 2004-cü ildə orada Harvardda olarkən ağlına onlayn axtarış sistemi qurmaq ideyası gəlir və bundan sonra Yelp platformasını yaradır. Stiv Cobsun məsləhəti ilə 2010-cu ildə Google tərəfindən gələn təklifi rədd edir.
David Sacks
Sacks Paypalda vəzifəsi Chief Operating Officer (COO) idi. Ebaydan sonra öz fəaliyyətini müxtəlif sahələrdə davam etdirdi. Hollywoodda Thank You For Smokingfilminə redaktorluq etdi və buna görə də “Golden Globe” mükafatına layiq görüldü. Bütün bunlardan sonra Yammer sosial web saytını yaratdı və həmin sayt Microsoft tərəfindən 1.2 milyard dollara satın alındı.
Peter Thiel
Paypalın ən tanınmışlarından biridir. Bu da onun həmin şirkətdə əsas 5 idarəedicidən biri olması ilə bağlıdır. Ebayın Paypalı almasından sonra San Franciskoda Clarium Capital fondunu qurur. Lakin hər şey bununla bitmir, Facebookun ilk vaxtlarında ona 500 000 dollar investisiya edir. Daha sonra isə milyon dollarlıq data analitik şirkəti olan Palantiri yaradır.
Keith Rabois
2000-ci ilin noyabrından 2002-ci ilin noyabrınadək Paypalda icraçı direktor vəzifəsində çalışıb. Heç bir şirkətin əsasını qoymayıb, lakin Linkedln, Square kimi şirkətlərdə menecer kimi çalışmışdır. Square şirkətini tərk etdikdən sonra, tanınmış investisiya şirkəti olan Khosla Ventures’a ortaq olur. Eyni zamanda Yelp və Xoom şirkətlərində də rəhbərliyin içində yer alır.
Andrew McCormack
Paypalda məsləhətçi vəzifəsini icra edirdi, işlədiyi dövrdə Initial Public Offering yəni İPO sahəsində uğurlu bir şəxs kimi tanınmışdır. Sonralar Thiel’e Clarium Capital ideyasında köməklik edir. Bir müddət sonra isə, Valar Ventures şirkətinin əsas partneri olur. Hazırda bir çox şirkətlərə maliyyə məsələlərində köməklik edir və onların biznes dünyasında uğurlu simalara çevrilməsində əsas pay sahibidir.
Premal Shah
Shah yoxsul icmalara kreditlə yardım edən bir mikromaliyyə qeyri-kommersiya təşkilatı Kivanın rəhbəri olmazdan əvvəl Paypalda məhsul meneceri idi. Bu gündə Shah Kivada fəaliyyətinə davam edir, və təşkilatın inkişaf etməsində əsas rolu oynayır.
Reid Hoffman
Hoffman əvvəlcə Paypalda idarə heyətinin üzvü idi, lakin sonradan Chief Operating Officer vəzifəsini də icra edir. Ebayın Paypalı satın almasından aylar sonra Hoffman professional insanlar üçün nəzərdə tutduğu Linkedln şəbəkəsinin əsasını qoyur. Linkedln sayəsində Hoffman öz sərvətini 3 milyard dollara qədər yüksəldə bilir.
Max Levchin
Levchin Slide şirkətini qurmazdan əvvəl Paypalda Chief Technology Officer (CTO) vəzifəsini icra edirdi. Sonradan Slide şirkəti Google tərəfindən 182 millyon dollara satın alınır. Lakin Google’un Slide şirkətini qapatması səbəbi ilə Google və Levchinin yolları ayrılır. Bundan sonra Levchin öz fəaliyyətinə davam etmişdir, belə ki, Yelp şirkətinin qurulmasında köməklik edir, Evernote şirkətində idarə heyətinin üzvü seçilir və maliyyə xidmətləri kompaniyası olan Affirm şirkətini qurur.
Elon Musk
Bəli, hekayəmizin əsas qəhrəmanına gəlib çatdıq. Musk intibah dövrünün ən məşhur adamıdır deyə bilərik. Elon Musk 1999-cu ildə Paypala birləşən və onu Paypalın ən böyük səhmdarı edən X.com’un yaradıcısıdır. Ebay tərəfindən Paypal alındıqdan sonra Musk öz sərmayesini kosmos sahəsinə yatıraraq SpaceXşirkətini qurur. Eyni zamanda Tesla Motors şirkətinin CEO-su olur. Demək olar ki, o müasir dövrün dəli kimi tanınan dahilərindən biridir.
©banco