Pay torpağı olanlar nə qədər sığorta haqqı ödəməlidir?

Date:

Paylaş:

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihə davam etdirilir. Layihənin əsas məqsədi kənd təsərrüfatı sektorunda real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır.

Bəllidir ki, aqrar sahədə istehsalla məşğul olan vətəndaşlar, torpaq vergisindən başqa, digər bütün vergilərdən azaddırlar. Lakin onların uçotunun aparılmaması və hesabat təqdim edilməməsi üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratmış olur. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota durmadıqda gələcəkdə layiqli pensiya ala bilməyəcəklər. Bəs həmin torpaq sahibləri və ailə kəndli təsərrüfatlarının üzvləri necə qeydiyyatdan keçə bilərlər? Onlar nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəməlidir?

Suallarla bağlı Vergilər Nazirliyindən bildiriblər ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

“Sosial sığorta haqqında” Qanuna əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar, 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur. FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər dedikdə, özü-özlərini və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən əmək qabiliyyətli ailə üzvlərini (ailə kəndli təsərrüfatları və hüquqi şəxs yaradanlardan başqa) sığorta edən fiziki şəxslər nəzərdə tutulur. Həmin şəxslər vergi orqanlarında məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınırlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...