Parisdə uçan taksilər istifadəyə veriləcək

Date:

Paylaş:

2024-cü il Paris Yay Olimpiya Oyunlarına hazırlaşan təşkilatçıların həll edəcəyi əsas problemlərdən biri qonaqların daşınması ilə bağlıdır. Belə ki, hazırda Şarl de Qol aeroportuna gələn sərnişinlər hava limanından şəhərə avtobus və ya qatarla çatmaq üçün təxminən 3 saat sərf edirlər.

Bu problemin aradan qaldırılması üçün 2024-cü ilədək aeroport və Parisin mərkəzi arasında hərəkət edəcək uçan taksilərin istifadəyə verilməsi nəzərdə tutulur. Onların planına görə, hava nəqliyyatı hər 6 dəqiqədə bir dəfə reyslər yerinə yetirəcək.

Parisin hava taksisi roluna əsas namizəd kimi yazda “Airbus” şirkətinin təqdim etdiyi “CityAirbus” aparatı göstərilir. 30 kilometr məsafəyə 120 km/saat sürətlə uça bilən aparatın sərnişin tutumu 4 nəfər təşkil edir. Onun pilotsuz uçuş funksiyası ilə təchiz edilməsi planlaşdırılır.

Bu ilin sonunadək Şarl de Qol aeroportu hava taksiləri terminalının yerləşəcəyi yeri müəyyənləşdirəcək. Sonra 18 ay ərzində ilk uçuş sınaqlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlcə bu məqsədlə mövcud vertolyot hava dəhlizindən istifadə ediləcək. Beləliklə, Paris uçan şəhər nəqliyyatının istifadəyə veriləcəyi ilk meqapolislərdən ola bilər

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...