Əsas səhifə Məqalələr Maraqlı Paris reklamı: fransız küçə təmizlikçilərinin sirləri

Paris reklamı: fransız küçə təmizlikçilərinin sirləri

77
Paylaş

Fransız reklamı – ayrıca bir dünya. Burada əxlaq normaları reklam yaradıcılarının incə bədii zövqləri ilə vəhdət təşkil edir,  reklamçılar isə ustalıqla çalışırlar ki, reklam qanunları pozmasın və dövlətin qoyduğu tələblərə də cavab versin.

Fransız cəmiyyəti bütün adət-ənənələrə baxmayaraq hələ də amerikansayağı istehlakçı cəmiyyəti ola bilməyib. Fransada uzun müddət reklam ümumiyyətlə cəmiyyət tərəfindən düşmənçiliklə qarşılanaraq ittihamlara məruz qalıb. Bundan başqa, ənənələr reklamçılara öz məşğuliyyətləri barədə açıqca bildirmələrinə yol vermədiyinə görə, reklamçılar da ona qarşı təndiqlə yanaşırdılar. Əxlaq normalarını gözləyən kilsələr və ictimai institutlar bu baxımdan onlardan geri qalmırdılar.

Amma bəziləri bugünümüzdə də keçirilən müxtəlif kampaniyalar (məsələn, “Reklam haqqında həqiqət”), həmçinin, reklamçıların incəsənət bacarıqları, yüksək profesionallıq və ustalıqları sayəsində fransız reklamı cəmiyyət tərəfindən ciddi tənqidlər və narazılıqlarla üzləşmir. Dövlətin sərt nəzarəti altında olan fransız reklamı özünü tənzimləyir, yəni, onun yaradıcıları məhsullarının qanunları pozmaması və nornalara uyğun olması üçün müəyyən səylər göstərirlər.

Reklam – incəsənət növü kimi

Açıq reklamlara (küçə reklamları) gəldikdə isə Fransada onlar (bilboardlar, asılqanlar) xüsusi bir atmosfer yaradır. Axı fransızlar çox şeyi məharətlə sənət əsərinə çevirə bilirlər, o cümlədən reklamı. Reklamçıların əksəriyyətinin incəsənət təhsili var və onlar özəl fransız mentalitetini müxtəlif vasitələrlə əks etdirməklə öz istedadlarını göstərirlər.

Parisdə hətta reklam muzeyləri var. Muzeylərin divarları 18-ci əsrdən başlayaraq indiki dövrümüzü də əhatə edən ən üslublu rolik və posterlərlə zəngindir. Eksponatların 450 000-dən çoxu ziyarətçilərə reklamın tarixində bəhs edir.

Qədim dövrlərdən bəri fransızlar açıq reklamların küçələrin görünşünü və ahəngi pozmamasına çalışıblar. Asılqanlar və reklam lövhələri çox parlaq olmamalıdır, onları memarlıq abidələrinin, tarixi tikililərin üzərində, parklarda, uşaqlar üçün təlim-tədris müəssisələrində yerləşdirmək qadağandır.

Açıq reklamlar şəhərlərin küçələrin görüntüsünə tam uyğun olduğunda ilk baxışdan elə gəlir ki, ətrafda reklam çox azdır. Amma diqqətlə nəzər yetirildiyində aydın olur ki, fransız reklamı sadəcə belə demək olarsa, gözləri yormur.

Metroda da çoxlu reklamlara rast gəlmək mümkündür. Onlar üçün xüsusi meydanlar ayrılıb və bu meydanların inşası stansiyaların tikintisi layihısinə daxildir. Bu reklam yerləri çox vaxt böyük kafel haşiyəsindən çərçivələrlə ayrılmış hissəni xatırladır.

Fransanın paytaxtında hələ də xalis paris ixtirası – Morrisa sütunu böyük nüfuza malikdir. Bunlar silindrik formada olan hündür küçə reklamı tumbalarıdır və fransalı çapçı Qabliel Morrisin adını daşıyırlar. O,  1963-cü ildə konsert və teatr afişaları yerləşdirmk üçün belə reklam sütunları quraşdırmaqla bağlı şəhər hökumət dairələrindən razılıq alır.

Belə reklam sütunlarının içində dalandarlar əvvəllər ( küçələrə baxanlar, təmizlikçilər) öz alətlərini (süpürgələr, bel, kürək) gizlədirdilər. Amma bu tumbalar Paris sakinlərinin sevimlisi idilər. Onlar həmin sütunlara çox öyrəşmişdilər. Məsələn, 2006-cı ildə İcra Hakimiyyəti 223 Morris tumbasını götürməyi planlaşdırır, amma bu parislilərdə narazılığa səbəb olur, buna görə də qərar ləğv edilir.