Əsas səhifə Xəbərlər Xarici xəbərlər Paris otelləri 2024 Olimpiya Oyunlarına hazırlıq işlərini dayandırmaqla hələdəyiblər

Paris otelləri 2024 Olimpiya Oyunlarına hazırlıq işlərini dayandırmaqla hələdəyiblər

74
Paylaş

Parisin mehmanxana sənayesi birliyi və otellər şəbəkəsi 2024-cü il Paris Olimpiya Oyunlarına hazırlıqları dayandırmaları ilə bağlı təhdidlər irəli sürüb. Otel sahibləri Beynəlxalq Olimpiya Komitəsinin Airbnb mənzil kirayəsi xidməti ilə razılaşmasına qarşı çıxırlar. Onlar BOK-la Airbnb-nin razılığını otel biznesi peşəkarlarına qarşı hörmətsizlik hesab edirlər.

Belə ki, Airbnb yaşayış vergisindən yayınır, kirayəyə verdiyi mənzillərin dəqiq ünvanını və vergi ödəyicilərinin rekvizitlərini göstərmir.

Qeyd edək ki, Paris meriyası otel biznesi nümayəndələrini dəstəkləyib və Airbnb-nin bütün qaydalara əməl etməsinə nəzarət edəcəyinə söz verib.